Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavini: “Neftə tələbat getdikcə artacaq”

Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavini: “Neftə tələbat getdikcə artacaq”
# 09 sentyabr 2008 13:03 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavini Riçard Cons “Azərbaycan və Türkmənistanın neft-qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlıq strategiyası” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxış edib. APA-nın məlumatına görə, R. Cons “Dünya iqtisadiyyatının inkişaf tendensiyaları” adlı məruzəsində 2030-cu ilə qədər iqtisadi proqnozları açıqlayıb. O, neft, qaz, kömür kimi yeraltı yanacaq növlərinin dominant mövqeyini vurğulamaqla yanaşı, onlara alternativ kimi sıxılmış qazın önəmini qeyd etsə də, bu yanacaq növünün nefti tam əvəz etməsinin mümkünsüz olduğunu bildirib. R. Cons neftə tələbatın getdikcə artacağını söyləyərək Azərbaycanın əhəmiyyətinə diqqət çəkib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR