“Azəriqaz”ın prezidenti: “Gələn ilin payız-qış mövsümünə Bakı ətrafı bütün kənd və qəsəbələr təbii qazla təmin olunacaq”

“Azəriqaz”ın prezidenti: “Gələn ilin payız-qış mövsümünə Bakı ətrafı bütün kənd və qəsəbələr təbii qazla təmin olunacaq”
# 09 sentyabr 2008 13:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il payız-qış mövsümündə Azərbaycanda əhalinin qazla təminatında problem olmayacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azəriqaz» QSC-nin prezidenti Əlixan Məlikov bildirib.

Ə. Məlikovun sözlərinə görə, hazırda yeraltı qaz anbarlarına təbii qazın vurulması prosesi gedir, anbarlara 1 mlrd. 100 mln. kubmetr qaz vurulub. Proqnoza əsasən, anbarlara 1,4 mlrd. kubmetr qaz yığılacaq.

Hazırda Azərbaycanın 2 yeraltı qaz anbarı - Qaradağ və Qalmaz fəaliyyət göstərir.
Ə. Məlikov dövlət başçısının tapşırığına əsasən, Naxçıvanda yeraltı qaz anbarının yaradılması istiqamətində işlərin aparıldığını da vurğulayıb. O, gələn ilin payız-qış mövsümünə Bakı ətrafı bütün kənd və qəsəbələrin təbii qazla təmin olunacağını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR