Türkiyəli nazir Azərbaycan şirkətlərini ölkəsinə sərmayə qoymağa çağırıb

Türkiyəli nazir Azərbaycan şirkətlərini ölkəsinə sərmayə qoymağa çağırıb
# 09 sentyabr 2008 14:41 (UTC +04:00)
H. Gülər Türkiyənin energetika sektorunda əlaqələrin daha da dərinləşməkdə olduğunu deyib: “Biz Azərbaycan şirkətlərini Türkiyəyə investisiya yatırmağa çağırırıq. Bunun üçün əlverişli mühit var, bu, eyni zamanda Türkiyə hökumətinin bilavasitə marağındadır».

Qeyd edək ki, konfransda 27 ölkədən 420 nümayəndə iştirak edir. Türkmənistan konfransa hökumət, dövlət qurumları və şirkətlərinin rəhbərlərindən ibarət 58 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Konfransda dünya energetikasının inkişafında qlobal tendensiyalar, Azərbaycan və Türkmənistanın təbii neft və qaz ehtiyatlarının qiymətləndirilməsi, karbohidrogen resurslarının mənimsəmə problemləri və perspektivləri mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR