Yaxın üç ildə Azərbaycan 200 mln. tondan artıq neft ixrac edəcək

Yaxın üç ildə Azərbaycan 200 mln. tondan artıq neft ixrac edəcək
# 09 sentyabr 2008 15:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda neft hasilatının səviyyəsi 2007-ci ilə nisbətən 20,8% artacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.
Nazirin sözlərinə görə, 2008-ci ildə ölkədə neft hasilatı 52,2 mln. ton təşkil edəcək ki, bu da ötən il ilə müqayisədə 9 mln. ton çoxdur: «Gələn il neft hasilatının 60 mln. ton, 2010-cu ildə isə 65 mln. ton olacağı proqnozlaşdırılır».
N.Əliyev həmçinin qeyd edib ki, 2008-2011-ci illər ərzində Azərbaycandan 208 mln. tondan artıq neft, 10,1 mln. ton kondensat ixrac olunacaq.
Ölkədə təbii qazın hasilatına gəldikdə isə N.Əliyev qeyd edib ki, gələcəkdə Xəzərin Azərbaycan sektorunda 60 mlrd. kubmetr qaz hasil oluna bilər və səviyyə sonrakı 20 il ərzində sabit saxlanıla bilər: «Bu ilin sonunadək isə Azərbaycanda 26,4 mlrd. kubmetr qaz hasilatı planlaşdırılır. Təbii qaz əsasən Türkiyə və Gürcüstan, xam neft isə Avropa ölkələrinə ixrac olunacaq».
Nazir həmçinin qeyd edib ki, bu il ölkənin sənaye istehsalı ötən illə müqayisədə 24%, son 10 il ərzində isə 2,4 dəfə artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR