Azərbaycan yaxın günlərdə Bakı-Supsa kəməri ilə neftin nəqlini bərpa edəcək

Azərbaycan yaxın günlərdə Bakı-Supsa kəməri ilə neftin nəqlini bərpa edəcək
# 10 sentyabr 2008 13:22 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.
E.Nəsirovun sözlərinə görə, ildə 7,5 mln. ton ötürmə gücünə malik olan bu neft kəməri vasitəsi ilə Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çırağ-Günəşli» yataqlar blokundan və digər ölkələrdə hasil olunan neft nəql biləcək.
Qeyd edək ki, Bakı-Supsa kəməri istifadəyə veriləndən, yəni 1999-cu ildən 2005-ci ilin sonunadək bu marşrutla 50 mln. ton, 2006-cı ilin ilk 10 ayı ərzində isə 5,6 mln. ton neft nəql olunub. Həmin vaxtdan sonra kəmər istismar olunmayıb və ilk dəfə bu ilin avqust ayının əvvəlində boru xəttinə 100 min ton neft vurulub.
Xatırladaq ki, diametri 530 mm olan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km təşkil edir və bunun 443 km-i Azərbaycan ərazisinə düşür. Kəmər 1999-cu ilin aprel ayında istifadəyə verilib. İlkin mərhələdə kəmərin gündəlik buraxılış gücü 117 min barel olub, lakin sonradan nasos stansiyalarında aparılan modernləşdirmə işlərindən sonra buraxılış gücü 145 min barelədək artırılıb ki, bu da ildə 7,5 mln. ton neftin nəql olunmasına imkan verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR