Azərbaycan təbii qazının bir neçə ixrac istiqamətini araşdırır

Azərbaycan təbii qazının bir neçə ixrac istiqamətini araşdırır
# 10 sentyabr 2008 14:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanda hasil olunan təbii qazın ixrac istiqamətləri rəsmi Bakının seçimindən asılıdır. Bu seçim isə mövcud nəqletmə layihələrindən asılı olacaq. APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.
E.Nəsirovun sözlərinə görə, seçim layihənin kommersiya cəlbediciliyindən asılı olacaq və hazırda araşdırmalar üç istiqamət – Qərbi Avropa, Rusiya və İran üzrə aparılır: «Lakin digər variantlardan istifadə olunması da istisna deyil».
«Nabucco» layihəsinə gəldikdə E.Nəsirov qeyd edib ki, Azərbaycan üçün bu layihədə bütün istiqamətlər maraqlıdır. Lakin mümkün ixrac istiqamətlərindən hansı daha cəlbedici olarsa, məhz həmin marşrut prioritet sayılacaq.
Bundan başqa E.Nəsirov bildirib ki, bu ilin avqust ayında «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan hasil olunan neftin bir hissəsi İran ərazisi ilə ixrac olunub. İxracın İran ərazisi ilə həyata keçirilməsi Gürcüstanda baş verən hadisələr bağlıdır. Lakin cənub marşrutla nəql olunan Azərbaycanın payına düşən xam neft həcmləri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR