«Azərbaycan» İES üçün yeni mazut çənləri inşa edilir

«Azərbaycan» İES üçün yeni mazut çənləri inşa edilir
# 10 sentyabr 2008 14:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın ən böyük elektrik stansiyalarından olan «Azərbaycan» İstilik Elektrik Stansiyasının mazut yanacağı ehtiyatının artırılması məqsədilə yeni mazut çənlərin inşa edilir. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Artıq çənlərdən birinin quraşdırılmasına başlanılıb. Stansiyada hər birinin tutumu 20 min ton olan 6 yerüstü metal çənlər inşa ediləcək ki, bu da yaxın gələcəkdə mazut yanacağının həcminin 400 min tondan artıq olmasına imkan verəcək. Bu, həm də elektrik stansiyasının iş rejiminin dayanıqlılığını və təhlükəsizliyini daha da möhkəmləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, respublikada istehsal edilən elektrik enerjisinin 50%-dən çoxu «Azərbaycan» İES-in payına düşür.

«Azərbaycan» İES 1981-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR