Azərbaycanın 1 mln. barel həcmində növbəti «Azeri Light» markalı xam neft partiyasını «Glencore Energy» şirkəti alıb

Azərbaycanın 1 mln. barel həcmində növbəti «Azeri Light» markalı xam neft partiyasını «Glencore Energy» şirkəti alıb
# 10 sentyabr 2008 16:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının ixracına dair marketinq sorğusuna yekun vurub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, müsabiqədə İngiltərənin «Glencore Energy UK Ltd.» şirkəti qalib elan olunub. Qalib şirkət bu ilin oktyabrın 10-15-də Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracını həyata keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR