Gələn aydan Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ixracına başlanacaq

Gələn aydan Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ixracına başlanacaq
# 11 sentyabr 2008 08:48 (UTC +04:00)
Bakı. Elmin İbrahimov - APA-Economics. Qazaxıstanın «Tengiz» neft yatağının işlənməsi ilə məşğul olan «TengizChevrOil» Əməliyyat Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında bu yataqda hasil edilən xam neftin Azərbaycan ərazisi ilə ixracına dair razılıq əldə olunub.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın «Chevron» Korporasiyasının operatoru olduğu əməliyyat şirkəti nefti Azərbaycana dənizlə, buradan isə Gürcüstana ilə dəmir yolu vasitəsi ilə ixrac etməyi planlaşdırır.
İndiyədək öz neftini Rusiyanın Qara dəniz sahilində yerləşən Novorossiysk limanından ixrac edən şirkət artıq oktyabr ayının sonu və ya noyabr ayının əvvəlindən başlayaraq dünya bazarına Azərbaycandan ixrac etməyə başlayacaq. İlkin olaraq «TengizChevrOil» bu marşrutla ildə 2 mln. ton neft ixrac etməyi, sonradan isə bu göstəricini 5 mln. tonadək artırmağı planlaşdırır.
Qeyd edək ki, tərəflər arasında neftin Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqlinə dair aparılan danışıqlar davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR