Bakıda yaradılacaq neft muzeyinin dizan-layihə konsepsiyası üzrə müsabiqə komissiyasına Türkiyə şirkəti də iş təqdim edib

Bakıda yaradılacaq neft muzeyinin dizan-layihə konsepsiyası üzrə müsabiqə komissiyasına Türkiyə şirkəti də iş təqdim edib
# 11 sentyabr 2008 13:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin «Bakı şəhərində neft muzeyinin yaradılması haqqında” sərəncamına uyğun olaraq dizayn-layihə konsepsiyası üzrə müsabiqə komissiyasının növbəti iclası keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

İclasda sentyabrın 10-dək təqdim olunmuş layihələrə baxılıb. “Region” (Azərbaycan), “BRİDGE BORN” İnc. (ABŞ) və “Anamorphosis Architects” (Yunanıstan) şirkətləri əvvəlki iclaslarda baxılmış konsepsiya layihələri üzərində bir daha işləyib düzəlişlər edərək təkmil variantları komissiyaya təqdim ediblər.

Türkiyənin “TOCA” sirkəti və “ALBA DİŞ Tic. və Mobilya” şirkətinin Bakı filialı isə müsabiqəyə yeni qoşulub. Müsabiqəyə çıxarılan layihələr nəzərdən keçirilib. Komissiya üzvləri növbəti iclasda həmin işləri bir daha müzakirə edərək, yekun rəyə gəlməyə qərar veriblər. Müsabiqənin nəticəsi yaxın müddətdə elan olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR