Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin «Tekfen İnşaat» şirkətində iştirak payı alacaq

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin «Tekfen İnşaat» şirkətində iştirak payı alacaq
# 11 sentyabr 2008 14:17 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin «Tekfen İnşaat» tikinti şirkətində 50% iştirak payının alınmasına dair heç bir saziş imzalamayıb. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, hazırda bu istiqamətdə tərəflər arasında aparılan danışıqlar davam etdirilir və yekun sənəd artıq yaxın vaxtlarda imzalana bilər.
Qeyd edək ki, bu günlərdə bəzi Türkiyə KİV-i «Palmali Holding» və ARDNŞ-in «Tekfen Inshaat» şirkətində 50%-lik iştirak payı alması haqqında məlumat yayıb. Sövdələşmənin həcmi isə 520 mln. ABŞ dolları təşkil edib. Müqaivlənin şərtlərinə əsasən, «Palmali» və ARDNŞ növbəti beş il ərzində «Tekfen Inshaat»a 37 mlrd. dollar həcmində podrat işləri verməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR