Bakıdan Sumqayıta gedən boru deşilib, əraziyə neft məhsulları dağılıb

Bakıdan Sumqayıta gedən boru deşilib, əraziyə neft məhsulları dağılıb
# 12 sentyabr 2008 13:35 (UTC +04:00)
Bakı. APA-Economics. Bu gün səhər saatlarında Bakıdan şimaldakı neft-kimya müəssisələrinə neft məhsulları nəql edilən kəmərlərdən biri deşilib. «APA-Economics»in məlumatına görə, Bakı və Sumqayıt şəhərləri arasında, Abşeron rayonu ərazisində («Neapol» oteli yaxınlığında) boru kəmərinin deşilməsi nəticəsində ətraf əraziyə neft məhsulları axıb.
Günün sonuna yaxın borudakı problem aradan qaldırılıb. Hazırda ətrafa dəymiş zərər aradan qaldırılır.
ARDNŞ-dan verilən məlumata görə, kəmər Sumqayıtdakı neft-kimya müəssisələrindən birini məhsulla təmin edir. Kəmərin deşilməsi onun fiziki cəhətdən köhnəlməsi ilə əlaqələndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR