Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabat konfransı keçiriləcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabat konfransı keçiriləcək
# 15 sentyabr 2008 10:53 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Sentyabrın sonunda Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş konfransı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. Konfransda Azərbaycanın hökumət nümayəndələri ilə yanaşı, AMEA-nın prezidenti Mahmud Kərimov da iştirak edəcək. Qurumun üzvü olan dövlətlərin məsul nümayəndələrinin iştirakı ilə keçiriləcək konfransda beynəlxalq agentliyin görülən işlər və nəzərdə tutulan layihələrlə bağlı hesabatı dinləniləcək. Toplantıda gələn ildən etibarən Azərbaycanda inşa ediləcək sterilizasiya qurğusu və nüvə tədqiqat reaktoru layihələrinin icrasına başlanmasının qərara alınacağı da gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR