«Azərenerji» ASC avqustda büdcə ödənişlərini 60% artırıb

«Azərenerji» ASC avqustda büdcə ödənişlərini 60% artırıb
# 16 sentyabr 2008 13:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında «Azərenerji» ASC tərəfindən dövlət büdcəsinə 9,5 mln. manat vəsait ödənilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Dövlət büdcəsinə ödənilmiş vəsaitin həcmi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 60% artıb.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında «Azərenerji» tərəfindən dövlət büdcəsinə ümumilikdə 73,6 mln. manat vəsait ödənilib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR