«BP-Azerbaijan» şirkəti «Çıraq» neft layihəsi üzrə ictimaiyyətlə görüş keçirəcək

«BP-Azerbaijan» şirkəti «Çıraq» neft layihəsi üzrə ictimaiyyətlə görüş keçirəcək
# 17 sentyabr 2008 08:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokuna daxil olan «Çıraq» Neft Layihəsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) təkliflər proqramı çərçivəsində «BP-Azerbaijan» şirkəti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adından ictimaiyyətlə məsləhətləşmə xarakterli görüş keçirəcək.
«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, görüş bu ilin sentyabr ayının 23-də Bakıda keçiriləcək. Tədbir çərçivəsində «BP-Azerbaijan» şirkətinin mütəxəssisləri müxtəlif təqdimatlarla çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR