Gələn ay Azərbaycanın ən iri modul tipli elektrik stansiyası istifadəyə veriləcək

Gələn ay Azərbaycanın ən iri modul tipli elektrik stansiyası istifadəyə veriləcək
# 17 sentyabr 2008 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı yaxınlığında inşa olunan Səngəçal Elektrik Stansiyası bu ilin oktyabr ayında istismara veriləcək. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
M.Əsgərovun sözlərinə görə, hazırda stansiyada sınaq-test işləri aparılır.
Gücü 300 MVt olan stansiya Abşeron yarımadasının enerji təchizatında mühüm rol oynayacaq. Modul tipli Səngəçal stansiyası həm qaz, həm də dizel yanacağı ilə işləyəcək. Bu, Azərbaycanda 2006-2008-ci illərdə inşa edilmiş modul tipli stansiyalar arasında gücünə görə ən böyük analoji obyektdir.
Qeyd edək ki, 2006-2008-ci illərdə Azərbaycanda ümumi gücü 450 MVt olan 5 modul tipli elektrik stansiyası istifadəyə verilib. Hazırda Quba rayonunda gücü 104 MVt olan yeni stansiyanın tikintisi gedir.
Stansiyaların inşasında Finlandiyanın «Wartsila» şirkətinin avadanlıqlarından istifadə edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR