2035-ci ilədək Bakı Limanında istixana qazlarının emissiyası sıfıra endiriləcək

2035-ci ilədək Bakı Limanında istixana qazlarının emissiyası sıfıra endiriləcək
# 19 avqust 2021 18:11 (UTC +04:00)

Bakı Limanında mövcud ekoloji inkişaf konsepsiyası çərçivəsində hava keyfiyyətinə nəzarətin gücləndirilməsinə dair istixana qazlarının emissiyasını 2035-ci ilə qədər “0”-a endirilməsi hədəflənib.

Limandan "APA-Economics"ə verilən məlumata görə, bu məqsədlə beynəlxalq ekspertlərlə birgə “Bakı Limanı 2035 - CO2 zero emission” üzrə uzunmüddətli strategiya hazırlanıb.

Strategiya bu gün, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbərliyinə təqdim edilib. Yeni strategiya əsas baza rolunu oynayacaq və bu istiqamətdə atılacaq əməli addımlarla, Bakı Limanında hədəfə nail olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR