ABŞ-da kommersiya neft ehtiyatları artıb - PROQNOZ

ABŞ-da kommersiya neft ehtiyatları artıb - PROQNOZ
# 21 aprel 2021 09:27 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 436 min barel artaraq 491 988 min barel təşkil edib.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 2 860 min barel azalacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR