ABŞ-da yeni nəhəng şist nefti hasilatçısı yaradılır

#
# 17:13
28 sentyabr 2020

ABŞ-ın "Devon Energy" və "WPX Energy Inc." neft-qaz şirkətləri birləşmələri barədə razılıq əldə edib ki, nəticədə ABŞ-da ümumi kapitalı təxminən 12 mlrd. dollar dəyərində qiymətləndirilən ən böyük şist nefti hasilatçısından biri formalaşacaq.

"APA-Economics" "Prayma"a istinadən xəbər verir ki, bu barədə "Devon Energy"nin yaydığı məlumatda bildirilir.

Razılaşmanın şərtlərinə görə, WPX-in səhmdarları sahib olduqları hər bir adi səhmə görə "Devon"un 0,5165 adi səhmini əldə edəcək.

Əməliyyat başa çatdıqdan sonra "Devon" səhmdarları birləşmiş şirkətin təqribən 57%-nə, WPX payçıları isə təxminən 43%-nə sahib olacaq. Əməliyyatın tamamlanması 2021-ci ilin I rübündə gözlənilir.

"Razılaşma nəticəsində ABŞ-da gündəlik 277 min barel şist nefti hasil edə biləcək ən böyük istehsalçılardan biri yaradılacaq", - məlumatda deyilir.

ABŞ-da "Devon Energy" və "WPX Energy"nin səhmlərinin dəyəri ilkin satışlarda müvafiq olaraq 12% və 15% artıb.

Qeyd edək ki, ölkənin neft sənayesindəki işlərin həqiqi vəziyyətini aydınlaşdırmaq məqsədilə Dallas Federal Ehtiyat Bankı (FRB) müstəqil neft şirkətlərinin 100-dən çox yüksəkvəzifəli rəhbərləri arasında anonim sorğu keçirib.

Sorğuda iştirakçılarının təxminən 43%-i ABŞ-ın etalon neftinin (WTI-ın) qiymətinin artaraq 51-55 dollar arasında qalacağı təqdirdə istismarda olan qazma qurğularının sayının əhəmiyyətli dərəcədə artacağını hesab edir.

"Baker Hughes"in son məlumatlarına görə, keçən həftə ABŞ-da 183 qazma qurğusu fəaliyyət göstərib ki, bu da illik ifadədə 599 vahid azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR