ABŞ-ın enerji sənayesi iflasla üzləşib

ABŞ-ın enerji sənayesi iflasla üzləşib
# 23 aprel 2020 15:05 (UTC +04:00)

ABŞ-ın enerji sənayesi (neft yataqlarının inkişafı, hasilat, enerji istehsalı sahələrində işləyən şirkətlərdən tutmuş boru kəmərlərinin sahiblərinədək) iflas təhlükəsi ilə üzləşib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters" bankirlərə və sənayedə çalışan vəkillərə istinadən xəbər verir.

ABŞ-ın şist neft istehsalçıları, neft emalçıları və boru kəmərləri şirkətləri dünyanın hər yerində olduğu kimi, büdcələrindəki boşluqları aradan qaldırmaq üçün yeni kreditlər axtarır, lakin neft bazarında tələbin enməsindən, dözülməz hala gələn iflas proseduraları və borcların restrukturizasiyası ilə üzləşir.

Məlumata əsasən, digər ölkələrdən fərqli olaraq, ABŞ-da neft hasilatı tələb, bank kreditləri və investorların sərmayələrindən çox asılıdır. ABŞ-da yanacağa tələbat 25% azalıb və bu azalma bir ildən çox davam edə bilər. Tələbatın azalması bazar ertəsi günü ABŞ neftinin birja qiymətinin mənfi göstəricisinə gəlməsinə səbəb olub. Bu, ABŞ-ın neft şirkətləri tərəfindən hasilatın azaltdılması və kreditorlardan borclarının restrukturizasiyasına dair müraciətlərindən sonra baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR