ABŞ-ın kommersiya neft ehtiyatları yenidən azalıb - PROQNOZ

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən azalıb - <span class=PROQNOZ'>
# 05 may 2021 09:56 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 7 688 min barel azalaraq təqribən 485 419 min barel təşkil edib.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 2 191 min barel azalacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR