ABŞ-ın neft ehtiyatları son 4 ayda ilk dəfə azalmağa başlayıb - RƏSMİ

ABŞ-ın neft ehtiyatları son 4 ayda ilk dəfə azalmağa başlayıb - RƏSMİ
# 14 may 2020 09:45 (UTC +04:00)

Bu ilin son dörd ayı ərzində ABŞ-ın neft ehtiyatları ilk dəfə azalmağa başlayıb.

"APA-Economics"in ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatına istinadən verdiyi məlumata görə, ötən həftə ərzində ABŞ-ın neft ehtiyatları 745 min. barel azalaraq 531,78 mln. barel təşkil edib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 4,15 mln. barelə yaxın artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR