ABŞ-ın neft ehtiyatları yenidən azalıb - RƏSMİ

ABŞ-ın neft ehtiyatları yenidən azalıb - RƏSMİ
# 17 dekabr 2020 09:40 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə (7-11 dekabr), ABŞ-ın kommersiya neft ehtiyatları 3,14 mln. barel azalaraq 500,096 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,94 mln. barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR