ABŞ neft hasilatına məhdudiyyətlər qoymağa hazırlaşır

ABŞ neft hasilatına məhdudiyyətlər qoymağa hazırlaşır
# 14 aprel 2020 14:31 (UTC +04:00)

Neftin qiymətinin düşməsi ABŞ-ın enerji sektorunda həyəcan təbilini çaldı. Bir çox şirkət cari qiymətlərlə işlərini davam etdirə bilmir, neft anbarları isə doludur.

"APA-Economics" in məlumatına görə, ABŞ-da istehsalla bağlı hər hansı bir məhdudiyyətin tətbiqi son dərəcə problemlidir, çünki orada ciddi antiinhisar qanunlar fəaliyyət göstərir. Ancaq çıxış yolu yoxdur.

ABŞ-ın Texas ştatında neft sektorunun tənzimləyicisi olan Texas Dəmir Yolu Komissiyasının komissarı Rayan Sittor da hasilatda tənzimləmə məhdudiyyətlərinin fəal tərəfdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR