ABŞ neft məhsullarının istehlakını 31% azaldıb

ABŞ neft məhsullarının istehlakını 31% azaldıb
# 23 aprel 2020 18:00 (UTC +04:00)

ABŞ-da 11-17 aprel tarixlərində neft məhsullarının gündəlik istehlakı 14,1 mln. barel təşkil edib.

"APA-Economics"in ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinə (EIA) istinadən verdiyi məlumata görə, bu, son 30 ildə qeydə alınmış minimum səviyyədən bir qədər yüksəkdir.

Məlumata əsasən, bu göstərici koronavirus pandemiyası səbəbindən hərəkət məhdudiyyətləri və ümumi iqtisadi geriləmə baş verənədək bu il ABŞ-dakı neft məhsullarına olan orta tələbdən 31% aşağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR