ABŞ noyabrda neft hasilatını azaldacaq - PROQNOZ

#
# 09:45
14 oktyabr 2020

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) proqnozuna görə, ABŞ-da bu ilin noyabr ayında ortalama gündəlik neft hasilatı 121 min barel azalacaq

"APA-Economics"in məlumatına görə, bu barədə EIA-in aylıq hesabatında deyilir.

Qeyd olunub ki, noyabrda ABŞ-da gündəlik neft hasilatı oktyabrla müqayisədə 1,5% azalaraq 7,692 mln. barel təşkil edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR