AÇG və “Şahdəniz” yataqları istismara veriləndən indiyədək 547,6 milyon ton neft hasil edilib

AÇG və “Şahdəniz” yataqları istismara veriləndən indiyədək 547,6 milyon ton neft hasil edilib
# 17 oktyabr 2020 15:29 (UTC +04:00)

Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 oktyabr tarixinədək ümumilikdə 547,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən APA-ya verilən məlumata görə, AÇG-dən 518,2 milyon ton, “Şahdəniz”dən isə 29,4 milyon ton kondensat çıxarılıb. Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 oktyabr tarixinədək 547 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR