AÇG və "Şahdəniz"dən indiyədək 534 mln. ton neft hasil edilib

AÇG və "Şahdəniz"dən indiyədək 534 mln. ton neft hasil edilib
# 15 aprel 2020 15:51 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları bloku və "Şahdəniz" qaz-kondensat yatağı istismara veriləndən aprelin 1-ə kimi 534 mln. ton neft (kondensatla birlikdə) və 290 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, AÇG-dən aprelin 1-ə kimi 505 mln. ton neft, 168,4 mlrd. kubmetr qaz hasil olunub.

Məlumata əsasən, "Şahdəniz" istismara veriləndən 1 aprel tarixinədək 121,5 mlrd. m 3 qaz, 29 mln. ton kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi 527 mln. ton neft (kondensatla birlikdə), 80,3 mlrd. kubmetr qaz isə ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR