AÇG və "Şahdəniz"dən indiyədək hasil edilən neftin həcmi açıqlanıb

AÇG və "Şahdəniz"dən indiyədək hasil edilən neftin həcmi açıqlanıb
# 21 aprel 2021 11:02 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2021-ci il tarixinədək təqribən 561 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 530 mln. ton xam neft, “Şahdəniz”dən isə 31 mln. ton kondensat çıxarılıb.

Məlumata görə, sözügedən yataqlardan istismara veriləndən 2021-ci ilin 1 aprel tarixinədək təqribən 560,5 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

“Yataqlar istismara veriləndən cari ilin 1 aprel tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 180 mlrd. kubmetr, “Şahdəniz”dən isə 140 mlrd. kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 95 mlrd. kubmetri ixraca nəql edilib”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR