"Adidas"ın xalis gəliri kəskin azalıb

"Adidas"ın xalis gəliri kəskin azalıb
# 27 aprel 2020 12:55 (UTC +04:00)

Bu ilin I rübündə koronavirus (COVID-19) pandemiyası fonunda "Adidas AG" şirkətinin xalis gəliri 97% azalıb.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, şirkət cari ilin II rübündə satışların illik ifadədə 40% azalacağını proqnozlaşdırır.

Bundan əlavə, "Adidas AG" Çindəki mağazalardan satılmamış malları qaytarmaq, alış barədə sifarişləri ləğv etmək və ümidsiz borcları bağlamaq üçün 1,5 mlrd. ABŞ dolları xərcləyib.

Qeyd edək ki, şirkət aprelin 14-də Almaniya hökumətindən pandemiyanın səbəb olduğu iqtisadi şoklarla mübarizə üçün 2,4 mlrd. avro həcmində kredit cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR