Aqrar sığortanın dövlət büdcəsi hesabına ödənilməli olan hissəsi ilə əlaqədar tələb edilən sənədlər müəyyənləşib

Aqrar sığortanın dövlət büdcəsi hesabına ödənilməli olan hissəsi ilə əlaqədar tələb edilən sənədlər müəyyənləşib
# 13 dekabr 2019 20:16 (UTC +04:00)

Nazirlər Kabineti “Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin siyahısı”nı təsdiqləyib.

APA-nın məlumatına görə, qərara əsasən, sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə aşağıdakılar əlavə edilməlidir:

- sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinə dair məlumat;

- hüquqi şəxslərlə bağlanılmış sığorta müqavilələrinin və ya onlara verilmiş sığorta şəhadətnamələrinin surəti;

- hər bir sığorta müqaviləsi üzrə sığorta haqqının aqrar sığortalı tərəfindən ödənilməli olan hissəsinin ödənilməsi barədə sənədlərin surəti.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR