"AzerGold"un nümayəndələri İspaniyanda MATSA mədəni ilə tanış olub - FOTO

"AzerGold"un nümayəndələri İspaniyanda MATSA mədəni ilə tanış olub - FOTO
# 06 mart 2020 17:17 (UTC +04:00)

“AzerGold” QSC-nin sədr müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə nümayəndə heyəti dünya bazarında ən böyük özəl metal tədarükçüsü olan “Trafigura” şirkətinin dəvəti əsasında İspaniyada səfərdə olub.

“AzerGold”dan “APA-Economics”ə verilən məlumata görə, səfərin məqsədi MATSA (“Minas de Aguas Teñidas”) yatağı ilə tanışlıq, dağ-mədən sahəsində tətbiq olunan qabaqclıq texnologiyanın öyrənilməsi və işgüzar əlaqələrin genişləndirilməsindən ibarətdir.

Məlumata görə, səfər çərçivəsində Huelva şəhərində yerləşən MATSA mədəninə baxış keçirilib, mis, sink və qurğuşun konsentratlarının istehsal prosesini izlənilib. Cəmiyyətin nümayəndələri daha sonra şirkətin dağ-mədən sahəsində mövcud maddi-texniki bazası, eləcə də fabrik və laboratoriyada yaradılan şəraitlə tanış olublar. Keçirilən ikitərəfli görüşdə MATSA polimetal yatağının Balakən rayonunda yerləşən Filizçay yatağı ilə oxşar cəhətlərə malik olduğu bildirilib.

Qeyd olunub ki, bu yataq filiz ehtiyatlarının həcminə görə Avropanın ən iri yataqlarındandır və dünya üzrə polimetal yataqlarının ilk onluğuna daxildir. “AzerGold” QSC-nin bu yatağı yaxın gələcəkdə istismara verəcəyini nəzərə alaraq, Trafigura şirkəti ilə işgüzar əlaqələrin genişləndirilməsinin səmərəli əməkdaşlıq üçün mühüm töhfələr verə biləcəyi vurğulanıb.

Qeyd edək ki, “Trafigura” dağ-mədən sahəsi ilə yanaşı, karbohidrogen məhsullarının satışı və logistika sahəsində də fəaliyyət göstərir. Şirkətin mədənçilik qanadı olan “Trafigura Mining Group” mədən əməliyyatlarını idarə edir, əlvan metal filizi yataqlarının öyrənilməsi, geoloji kəşfiyyat, mövcud və potensial layihələrin texniki auditi ilə məşğul olur. Müəssisənin ən böyük mədən sahəsi olan MATSA yatağının istismarına 1997-ci başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR