Azərbaycan Gürcüstana ixrac etdiyi elektrik enerjisinin həcmini ötən il 10% azaldıb

Azərbaycan Gürcüstana ixrac etdiyi elektrik enerjisinin həcmini ötən il 10% azaldıb
# 15 yanvar 2020 15:37 (UTC +04:00)

2019-cu ildə Azərbaycanın Gürcüstana 1 101 975 412,4 kVt-saat elektrik enerjisi ixrac edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, bu göstərici ötən illə müqayisədə 10,4% və ya 128 113 631,5 kVt-saat azalıb. Belə ki, 2018-ci ildə Azərbaycanın Gürcüstana ixrac etdiyi elektrik enerjisinin həcmi 1 230 089 043,9 kVt-saat təşkil edib.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan Gürcüstana 197 969 081,1 kVt-saat elektrik enerjisi ixrac edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% və ya 27 008 038,1 kVt-saat azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR