Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli elektrik enerjisi bazarı yarada bilər

Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli elektrik enerjisi bazarı yarada bilər
# 23 dekabr 2019 17:29 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan enerji sahəsində əməkdaşlığın yaxşılaşdırılması məqsədilə üçtərəfli elektrik enerjisi bazarı yarada bilərlər.

"APA-Economics"in məlumatına görə, qeyd olunan məsələyə dair ilkin razılıq üç ölkənin XİN başçılarının Tbilisidə keçirilən 8-ci üçtərəfli görüşü zamanı əldə olunub.

Məlumata əsasən, görüş zamanı tərəflər üç ölkənin müvafiq şirkətləri arasında elektrik enerjisi sahəsində birgə layihələrin inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi sahəsində əməkdaşlığın möhkəmlənidirlməsinin əhəmiyyətini qeyd ediblər.

Tərəflər elektrik enerjisi sahəsində əməkdaşlığın yaxşılaşdırılması məqsədilə üçtərəfli elektrik enerjisi bazarının yaradılmasının əhəmiyyətini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR