Azərbaycan benzin istehsalını azaldıb - CƏDVƏL

Azərbaycan benzin istehsalını azaldıb - CƏDVƏL
# 19 aprel 2021 10:15 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 247,4 min ton avtomobil benzini istehsal edilib, bu da illik müqayisədə 28% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə respublikada 550,5 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azdır.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 810,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 13% azalıb.

Azərbaycanda neft məhsullarının istehsal dinamikası:

Məhsul növləri

Yanvar-mart, 2021-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

247,4

72

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

108

164,9

Ağ neft, min ton

103,5

70,6

Dizel yanacağı, min ton

550,5

98,3

Yanacaq mazutu, min ton

8,9

32,2

Sürtkü yağları, min ton

15,3

2,3 dəfə

Neft bitumu, min ton

44,9

82,2

Neft koksu, min ton

64,9

109,3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR