Azərbaycan benzin və dizel istehsalını artırıb - CƏDVƏL

Azərbaycan benzin və dizel istehsalını artırıb - CƏDVƏL
# 16 iyul 2020 15:15 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 556,0 mln. manat olmaqla, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 0,8% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından neft bitumunun istehsalı 38,7%, sürtkü yağlarının istehsalı 33,3%, dizel yanacağının istehsalı 4,9%, avtomobil benzininin istehsalı 0,7% artıb.

Məlumata əsasən, hesabat dövrü neft koksunun istehsalı 8,2%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,8%, ağ neftin istehsalı 16,3%, yanacaq mazutunun istehsalı 32,2% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2020-ci ilin yanvar-iyun aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Avtomobil benzini, min ton

611,5

100,7

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

138,4

91,2

Ağ neft, min ton

251,5

83,7

Dizel yanacağı, min ton

1 119,2

104,9

Yanacaq mazutu, min ton

39,2

67,8

Sürtkü yağları, min ton

12,8

133,3

Neft bitumu, min ton

135,9

138,7

Neft koksu, min ton

111,4

91,8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR