Azərbaycan bu il 16 mln. dollarlıq elektrik enerjisi ixrac edib

Azərbaycan bu il 16 mln. dollarlıq elektrik enerjisi ixrac edib
# 20 aprel 2021 10:43 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 16 147,46 min ABŞ dolları dəyərində 406 248,93 min kVt-saat elektrik enerjisi ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5% azalıb, həcmi isə 8,4% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 59 802,34 min dollar dəyərində 1 323 516,99 min kVt-saat elektrik enerjisi ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 22,2%, həcmi isə 25,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR