Azərbaycan bu il 26 mln. dollarlıq alüminium ixrac edib

Azərbaycan bu il 26 mln. dollarlıq alüminium ixrac edib
# 14 may 2020 15:43 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 25 775,33 min ABŞ dolları dəyərində 13 683,97 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin ilk dörd ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,5%, həcmi isə 11,2% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 128 049,07 min dollar dəyərində (14,1% artım) 64 674,21 ton (30,8% artım) alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR