Azərbaycan bu il 28 mln. dollarlıq polietilen və polipropilen ixrac edib

Azərbaycan bu il 28 mln. dollarlıq polietilen və polipropilen ixrac edib
# 18 mart 2020 11:18 (UTC +04:00)

Azərbaycan bu ilin yanvar-fevral aylarında 27,9 mln. ABŞ dolları məbləğində polietilen və polipropilen ixrac edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics ə verilən məlumata görə, ötən iki ayda ölkədən ixrac edilən polietilenin dəyəri 13 414,72 min dollar təşkil edib. Bu ilin yanvar-fevral aylarında Azərbaycan 19 177,58 ton polietilen (ilkin formalarda) ixrac edib.

Azərbaycanın yanvar-fevral aylarının qeyri-neft sektoru üzrə ixracında polietilenin payı 4,53% təşkil edib.

Bundan başqa, ötən iki ayda Azərbaycan 14 452,54 min dollar dəyərində 17 464,52 ton polipropilen (ilkin formalarda) ixrac edib. Azərbaycanın yanvar ayının qeyri-neft sektoru üzrə ixracında polipropilenin payı 4,89% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR