Azərbaycan bu il Türkiyə ərazisi ilə 38 mln. bareldən artıq neft nəql edib

Azərbaycan bu il Türkiyə ərazisi ilə 38 mln. bareldən artıq neft nəql edib
# 26 mart 2020 11:26 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 38,05 mln. barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-fevral aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 39,71 mln. barel neft nəql edilib.

Qeyd edək ki, ötən il Türkiyə ərazisində BTC vasitəsilə 235, 24 mln. barel neft nəql edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 8,03% azdır.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir. Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR