Azərbaycan bu il avtomobil yanacağının satışından 482 mln. manat gəlir əldə edib

#
# 13:01
20 aprel 2020

Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 481,9 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 2,3% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,2%-i avtomobil yanacağının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR