Azərbaycan bu il geyim istehsalını artırıb

Azərbaycan bu il geyim istehsalını artırıb
# 18 aprel 2020 12:11 (UTC +04:00)

2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 124,1 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvar-mart ayları ilə müqayisədə toxuculuq sənayesində 10,5%, geyim istehsalında 10% artım, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında isə 60,7% azalma müşahidə olunub.

Bu ilin ilk üç ayında 30451,3 ton pambıq lifi və 7 672,5 min kv.m hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 8,1% az və 77% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR