Azərbaycan bu il geyim istehsalını artırıb

Azərbaycan bu il geyim istehsalını artırıb
# 13 iyun 2020 11:30 (UTC +04:00)

2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 174,5 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvar-may ayları ilə müqayisədə toxuculuq sənayesində 1,6%, geyim istehsalında 13% artım, dəri və dəridən məmulatlarının, ayaqqabıların istehsalında isə 37,2% azalma müşahidə olunub.

Bu ilin ilk beş ayında 35 154,5 ton pambıq lifi və 12 664,1 min kv.m hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 7,2% az və 60,1 % çoxdur. Bundan əlavə hesabat dövründə 691,5 kv.m xalça və xalça məmulatları istehsal olunub ki, bu da illik müqayisədə 41,7% azalma deməkdir.

Geyim məhsullarının buraxılışı:

Geyim məhsulları

2020-ci ilin yanvar-may aylarında

istehsal edilib

Əvvəlki ilin müvafiq aylarına nisbətən, %

Üst geyim, min ədəd

73,0

56,8

Alt geyim, min ədəd

162,2

58,8

Digər trikotaj məmulatları, min ədəd

30,9

2,5 dəfə

Corab məmulatları, min cüt

1 298,3

2,3 dəfə

Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri, min ədəd

200,5

2,1 dəfə

Qadın və ya qızlar üçün kostyum və komplektlər, ədəd

917

68,6

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR