Azərbaycan bu il qaz hasilatını 8% artıracaq - PROQNOZ

Azərbaycan bu il qaz hasilatını 8% artıracaq - PROQNOZ
# 12 aprel 2021 16:28 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın gündəlik təbii qaz hasilatının həcmi neft bareli ekvivalentində 670 min barel və ya 110,04 mln. kubmetr təşkil edəcək. Bu, 2020-ci illə müqayisədə 8,1% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

2022-ci il üçün isə Fondun ölkə üzrə gündəlik qaz hasilatı proqnozu 710 min barel və ya 116,61 mln. kubmetrə bərabərdir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ümumilikdə 37,14 mlrd. kubmetr və ya gündəlik olaraq 620 min barel və ya 101,83 mln. kubmetr təbii qaz hasil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR