Azərbaycan elektrik enerjisinin ixracını azaldıb

Azərbaycan elektrik enerjisinin ixracını azaldıb
# 15 aprel 2020 12:25 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 17 847,54 min ABŞ dolları dəyərində 374 631,85 min kVt-saat elektrik enerjisi ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi məlumat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 53,6%, həcmi isə 2,4 dəfə azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 76 828,19 min ABŞ dolları dəyərində (17,1% artım) 1 770 642,37 min kVt-saat elektrik enerjisi (26,7% artım) ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR