Azərbaycan iqtisadiyyatına bu il 1,1 mlrd. manatdan çox xarici sərmayə qoyulub

Azərbaycan iqtisadiyyatına bu il 1,1 mlrd. manatdan çox xarici sərmayə qoyulub
# 21 aprel 2021 17:18 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanın əsas kapitalına 1 133,3 mln. manat vəsait yönəldilib ki, bu da illik müqayisədə 7,6% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 011,7 mln. manatı (89,3%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Fransa və Malayziya sərmayədarlarına məxsus olmuşdur.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 365,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,4% az vəsait yönəldilib.

Ümumi sərmayənin 26%-i dövlət, 74,%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 74,8%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR