Azərbaycan kimya sənayesi məhsullarının ixracını 75% artırıb

#
# 14:06
18 iyun 2020

Bu ilin yanvar-may aylarında Azərbaycan 229 354,62 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 75% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsullarının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 34 436,22 min dollar təşkil edib.

Bundan əlavə, bu ilin beş ayında Azərbaycan 75 450,57 min dollar dəyərində 103 605,44 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2019-cu ilin yanvar-may üzrə göstəricisi ilə müqayisədə müvafiq olaraq 16,1%  və 9,1% azdır.

Xatırladaq ki, Azərbaycan ötən il 536 901,95 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da 2018-ci il ilə müqayisədə 2 dəfə çoxdur. 2019-cu ildə ölkə 179 401,97 min dollar dəyərində 246 442,22 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 51,3% və 54,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR