Azərbaycan martda elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan martda elektrik enerjisinin istehsalını artırıb
# 14 aprel 2021 11:22 (UTC +04:00)

Bu ilin mart ayında Azərbaycan üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 mln. kVt-st artaraq 2 364,3 mln. kVt-st olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında isə respublikada elektrik enerjisinin istehsalı 6 924,9 mln. kVt-st olub. Hesabat dövründə ötən ilin 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 59,1 mln. kVt-st azalaraq 6 604,0 mln. kVt-st, SES-lərdə 15,69 mln. kVt-st artaraq 236,09 mln. kVt-st olub.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6257,2 mln. kVt-ts (İES-lərdə 6041,3 mln. kVt-st, SES-lərdə 215,9 mln. kVt-st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,64 mln. kVt-st (İES-lərdə 56,08 mln. kVt-st, SES-lərdə 17,13 mln. kVt-st, GES-də 8,43 mln. kVt-st), müstəqil elektrik stansiyaları üzrə 569,8 mln. kVt-st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 16,24 mln. kVt-st təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR