Azərbaycan martda qızıl hasilatını 15% artırıb - CƏDVƏL

Azərbaycan martda qızıl hasilatını 15% artırıb - CƏDVƏL
# 16 aprel 2021 12:46 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 829,5 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,5% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Təkcə mart ayında isə 298,5 qızıl istehsal olunub ki, bu da fevral ayı ilə müqayisədə 14,8% çoxdur.

Hesabat dövründə ölkədə 1 208,2 kq gümüş istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur. Təkcə mart ayında 401,7 gümüş hasil olunub ki, bu da fevral ayı ilə müqayisədə 4,3% çoxdur.

Məhsul növləri

2021-ci ilin I rübündə istehsal edilib

İllik müqayisə, %

Mis filizləri və konsentratları, ton

641,3

14,6

Qiymətli metal filizləri və konsentratları, kq

2 037,7

4,9

o cümlədən:

qızıl

829,5

-12,5

gümüş

1 208,2

1,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR