Azərbaycan əmtəəlik neft hasilatını azaldıb, qaz istehsalını artırıb

Azərbaycan əmtəəlik neft hasilatını azaldıb, qaz istehsalını artırıb
# 16 aprel 2021 12:31 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 7 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-mart aylarına nisbətən 5,5% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 8,8 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 7,8 mlrd. kubmetr təşkil edib. Əmtəəlik neft hasilatı 5,3% azalıb, əmtəəlik qaz hasilatı isə 12% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR